”ATMU I Məzun görüşü – 2023” adlı tədbir keçirilib

post-img

 Azərbaycan Turizm və Menecment Universitetində ilk dəfə təşkil olunan “Məzun görüşü” tədbirində Dövlət Turizm Agentliyinin rəhbərliyi, təhsil ocağının professor - müəllim və inzibati heyəti, məzunlar iştirak ediblər. Öncə Ulu öndər Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

ATMU-nun rektoru İlham Mədətov qonaqlara və sənayedə özlərini təsdiqləyən universitet məzunlarına karyera yüksəlişində və şəxsi həyatlarında uğurlar arzulayıb. Məzunlarla əlaqələrin möhkəmləndirilməsini, tələbələrlə vaxtaşırı görüşlərin təşkilini, işə cəlb olunmasını,  ixtisas yönümlü karyera imkanlarının dəstəklənməsini  və s.universitetin proritet iqtiqamətləri kimi səciyyələndirib. ATMU məzunlarının respublika ali təhsil müəssisələri arasında məşğulluq faizinə görə 2016–2022-ci illərin statistikasında III yerdə qərarlaşdığını bildirib. 12 ixtisas üzrə 2434 məzunun isə ümumi məşğulluq səviyyəsinin 54 faiz təşkil etdiyini diqqətə çatdırıb.

Məzunlarla bir yerdə olmaqdan məmnunluğunu bildirən Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov tədbiri universitet – məzun əlaqələrinin möhkəmlənməsində əhəmiyyətli amil  kimi dəyərləndirib. Dövlətimizin turizm sənayesinin inkişafına mühüm diqqət ayırdığını xüsusi vurğulayan K.Qasımov peşəkar kadrlara hər zaman ehtiyac olduğunu bildirib.

Mərasimdə Elm və innovasiya şöbəsinin müdiri Nəsir Nəsirli çıxışında məzunlarla fəxr etdiyini bildirdi və onlara şəxsi həyatlarında,,eyni zamanda, karyera yüksəlişində  uğurlar arzulayıb. Ölkəmizdə və xaricdə yüksək ixtisaslı kadr kimi tanınan İlkin Rüstəmov və Tərlan Quliyev mühüm karyeraya sahibləndikləri üçün professor - müəllim və inzibati heyətə təşəkkürlərini bildiriblər. Xarici ölkələrdə yüksək vəzifə tutan məzunlarımız isə videoçarx vasitəsilə sevinclərini bölüşüblər. Beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən məzunumuz Nadir Rüstəmli, o cümlədən tələbələr Fərman Məmmədov, Rəvan Hacıyev, Həsən Novruzlu rəngarəng musiqi nümunələri ilə tədbiri daha da şənləndiriblər. 

Tədbirin məqsədi məzunlarla universitet arasında qarşılıqlı əlaqələri daha da möhkəmləndirmək, məzunların fəaliyyətindən bəhrələnmək, tələbələrin peşəkar vərdişlərə yiyələnmələri üçün ortaq layihələrdə iştiraka dəstək olmaqdan ibarətdir.

 İki hissəli tədbir ATMU-nun Tələbə Gənclər Təşkilatı üzvlərinin  çıxışları, məzunlardan bəhs edən videoçarxların yayınlanması, rəqslər və ifalarla başa çatıb. 

 

Z.HÜSEYNOVA

XQ

 

 





Təhsil