Ziyalılar İlham Əliyevin namizədliyini dəstəkləyirlər

post-img

Yaradıcılıq İttifaqlarının və Mədəniyyət Xadimlərinin I Qurultayı keçirilib. Məclisdə ölkədə fəaliyyət göstərən yaradıcı ittifaqların rəhbər və nümayəndələri, ictimai xadimlər, media mənsubları iştirak ediblər. 

Çıxış edənlər Prezident İlham Əliyevin 7 fevral seçkiləri üçün ən layiqli namizəd olduğu qənaətini ifadə ediblər. Memarlar İttifaqının sədri, Əməkdar me­mar Elbay Qasımzadə deyib: “Prezident İlham Əliyev Azərbaycanı ölkədən döv­lətə çevirib. Bu mənada bizim, biz ziya­lıların mövqeyi belədir: Seçimimiz Prezi­dent İlham Əliyevdir”.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qurucu dövlət olmasına diqqət çəkib: “Biz bunu bütün dünyaya göstəririk. Göstəririk ki, quru­cu xalqıq, qurucu dövlətik”. Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fər­had Bədəlbəyli Prezidentin liderlik xüsu­siyyətlərindən bəhs edib: “İlham Əliyev əsl liderdir. Seçki bunun üçün lazımdır ki, hamı bizə dost deyil. Bizim seçimimiz məlumdur. Ən layiqli namizədə səs ver­mək üçün hamını seçkilərdə fəal olmağa çağırıram”.

Daha sonra Xalq rəssamı Fərhad Xəlilov, xalq artistləri Həmidə Ömərova, Hacı İsmayılov, Şəfiqə Məmmədova və digər mədəni-yaradıcı xadimlər Prezi­dent İlham Əliyevin namizədliyini dəstək­lədiklərini ifadə ediblər.

Çıxışlardan sonra qurultay bəyanat qəbul edib.

Q.RAMİLƏ
XQ

Mədəniyyət