“Zəfər marşı”nın müəllifi ilə görüş

post-img

Azərbaycan Bəstəkarlar İttifaqı­nın Üzeyir Hacıbəyli konsert salo­nunda qurumun sədri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə ilə elm və incəsənət xadimlərinin yaradıcılıq görüşü keçirilib. 

Toplantı Firəngiz Əlizadənin “Zəfər marşı”nın səslənməsi ilə başlayıb. Firən­giz Əlizadə ABİ-nin 2023-cü ildə real­laşdırdığı layihələrdən, xüsusən də ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqə­dar keçirilən silsilə tədbirlərdən danışıb. Sonra o özünün yaradıcılıq hesabatı ola­raq bir sıra ölkələrdə məşhur musiqiçilər tərəfindən ifa edilən əsərlərindən söz açıb. Bəstəkarın konsertlərinin afişaları, fotoları nümayiş olunub. Sonra Rusiya Televiziyasının “Mədəniyyət” kanalında yayımlanan “Eniqma” verilişinin Firən­giz Əlizadəyə həsr olunan buraxılışının videoyazısı təqdim edilib. Tədbirin so­nunda bəstəkar iştirakçıları maraqlandı­ran sualları cavablandırıb.

Ə.DOSTƏLİ 
XQ

Son xəbərlər