Varisin nəşr əsərləri ABŞ-da çap ediləcək

post-img

İngilis və digər əcnəbi dillərdə (Çin, yapon, rus, ukrain və ərəb) in­formasiya məhsullarını realizə edən nüfuzlu beynəlxalq nəşriyyat şirkəti “East View” (ABŞ) son illərdə Rusi­yada əsərləri işıq üzü görmüş 19 ya­zıçının kitablarını planet üzrə yaymaq hüququ əldə edib. Onların arasında­Azərbaycan yazıçısı Varisin də adı var.

Qeyd edək ki, “East View” 30 il­dir ki, dövri çap nəşrlərini, kitabları və DVD-diskləri yaymaqla məşğuldur və dünya üzrə yüzlərlə kitabxanaya xidmət edir, akademik cəmiyyətlərin, elmi, korpo­rativ və dövlət strukturlarının təhqiqat tələbatlarını ödəməklə unikal kontent və texnologiyalar təqdim edir. Həmyerlimizin bu qurumun nəşr planına düşməsi böyük uğurdur.

Varisin yazıçı dostu Əlibala Məhər­rəmzadə ilə birgə yazdığı və ABŞ-da nəşri nəzərdə tutulan “AMİN” roma­nı azərbaycanlı müəliflərin Rusiya nəşriyyatlarında Qarabağ mövzusunda çap olunmuş yeganə bədii əsəridir. Bu kitab 2021–2023-cü illərdə Moskvada iki dəfə böyük tirajlarla buraxılıb. Bir-biri ilə əlaqəsi olan 13 hekayətdən ibarət “Yan­varın 13 günü” romanı da Rusiya pay­taxtında iki dəfə işıq üzü görüb və ədəbi mükafat qazanıb. Əsərdə Şuşanın işğalı nəticəsində yüzlərlə tarixi abidənin, mək­təb və kitabxananın dağıdılması təsirli boyalarla əks etdirilib.

Ə.DOSTƏLİ 
XQ

Son xəbərlər