Biləsuvarda “Pantomima buketi”

post-img

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Heydər Əliyev İli” və Azərbaycan peşəkar teatrının yaranmasının 150 illiyi münasibətilə teatrların qastrol səfərləri davam edir.

Aksiya çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrı “Pantomi­ma buketi” tamaşasını Biləsuvar rayon Gənclər evində nümayiş etdirib. Səhnə əsərini rayon rəsmiləri, mədəniyyət iş­çiləri və ictimaiyyət nümayəndələri ma­raqla izləyiblər.

Tamaşanın müəllifi teatrın bədii rəh­bəri və baş rejissoru Xalq artisti Bəxtiyar Xanızadədir. Musiqi tərtibatı Əməkdar artist Elman Rəfiyevə, rəsmlərin quruluşu isə Bəxtiyar Xanızadəyə məxsusdur. Qa­rışıq nömrələr əsasında hazırlanan səh­nə əsəri teatrsevərlər tərəfindən alqışlar­la qarşılanıb.

Bunda əvvəl isə Sumqayıt Dövlət Dram Teatrı Türkiyə komedioqrafı Əziz Nesinin "Öldür məni, canciyər" əsəri ilə Qusara səfər edib. Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində oynanılan tamaşanın quruluşçu rejissoru Xalq artis­tiFirudin Məhərrəmov, quruluşçu rəssamı Nabat Səmədova, musiqi tərtibatçısı isə Anar Süleymanovdur. Rolları əməkdar artistlər İlahə Səfərova, Növrəstə Həşi­mova və aktyor Mətləb Səfərli ifa edirlər. 

Yaradıcı heyət Qusarda həmkarları tərəfindən bayram ovqatı ilə qarşılanıb. Kollektivlər fikir mübadiləsi aparıb, gələ­cək əməkdaşlıq perspektivlərini müza­kirə ediblər.

Ə.DOSTƏLİ 
XQ

Son xəbərlər