Müasir İncəsənət Muzeyində nağılvari sərgi

post-img

Dekabrın 22-də Müasir İncəsənət Muzeyində tanınmış heykəltaraş Rahib Qarayevin “Nağıl kimi” adlı fərdi sərgisi açılıb.

Tədbirdə çıxış edən Xalq rəssamı, “Hey­dər Əliyev” ordeni laureatı, akademik Ömər Eldarov rəssam üçün hər bir sərginin premye­ra və bayram olduğunu vurğulayıb. Tədbirin ictimaiyyət arasında çox böyük rezonans do­ğuracağını bildirən akademik deyib: “Müəllif üçün bu sərgi tarixi hadisədir. Sərgidə çox maraqlı əsərlər yer alır. Bu, mədəni həyatda, təsviri incəsənətimizdə bir hadisə olaraq qa­lacaq”.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev fərdi sərgi açmağın çox məsuliyyətli və böyük zəhmət tələb edən iş olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, heykəltəraş müxtəlif rəngləri özündə birləşdirən möhtəşəm bir palitra ya­radıb.

Xalq rəssamı Fuad Salayev qeyd edib ki, rəssam əsərlərində gizli dünyasını və düşün­cələrini əks etdirir. Burada sərgilənən əsərlə­rin bir qismində bürünc və digər materiallar dekorativ effekt yaradaraq gözəl formada nü­mayiş etdirilib.

Sonda sərgi ilə tanışlıq olub.

Azərbaycan Rəssamlar İttifaqının üzvü və Azərbaycan Dövlət Rəssamlıq Akade­miyasının müəllimi olan heykəltəraş Rahib Qarayevin 2012-ci ildən işlədiyi “Leonardo Da Vinci" adlı bakalavr diplom işi hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyası­nın Muzey Sərgi kompleksində nümayiş olu­nur. Həmçinin rəssamın 2014-cü ildə işlədiyi "Bəhruzbəy Kəngərli” adlı magistr diplom işi Naxçıvan şəhərindəki “Rəssamlar” parkında ucaldılıb. Heykəlin bir nümunəsi “Bəhruz Kəngərli” ev-muzeyinə hədiyyə edilib.

Sərgidə “Şəhər mövzulu”, “Təbii daş­larla sintez olunmuş”, “Heyvanlar aləmi” və “Müxtəlif” mövzuları üzrə altmış kompozisi­ya tamaşaçılara təqdim olunub.

Mədəniyyət