"Hadrut, sən azadsan!" sənədli filminin təqdimatı

post-img

Nizami Kino Mərkəzində "Hadrut, sən azadsan!" sənədli filminin təqdimatı keçirilib. 

Filmin təqdimat mərasimində Bakı Me­dia Mərkəzinin rəhbəri Arzu Əliyeva, Mü­dafiə Nazirliyinin kollektivi, mədəniyyət və incəsənət xadimləri və digər ictimaiyyət nü­mayəndələri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Bakı Media Mərkəzinin direktoru Orman Əliyev bu cür filmlərin ərsəyə gəlməsinin torpaqların qaytarılmasından sonra mümkün olduğunu vurğulayıb, şanlı Qələbənin Azərbaycan əsgə­ri başda olmaqla Prezident, Ali Baş Koman­dan İlham Əliyevin sayəsində qazanıldığını diqqətə çatdırıb.

Ekran əsəri Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə Bakı Media Mərkəzi və “Azər­baycanfilm” kinostudiyası tərəfindən istehsal edilib. Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüsey­nov, ssenari müəllifi Rasim İsmayılov, quru­luşçu rejissoru Cavidan Şərifov, quruluşçu operatorları Ziya Babayev və Əli Əliyevdir.

Filmdə 2020-ci ilin 44 günlük Vətən müharibəsinin parlaq səhifələrindən olan Xocavənd rayonunun Hadrut qəsəbəsinin düşmən işğalından azad olunması (9 oktyabr) əməliyyatından bəhs edilir. Burada “Dəmir yumruq” əməliyyatının əsas həlqəsi sayılan qəsəbənin azad olunması planının unikal for­mada təşkil edilməsi və uğurla həyata keçiril­məsi öz əksini tapıb. 

Filmdə əməliyyata qərar verilməsindən əməliyyatın sona çatmasına qədər proseslər bütün detallarına qədər real olaraq canlandı­rılıb. Çəkilişlər əməliyyatın keçirildiyi mə­kanlarda aparılıb və məhz həmin döyüşlərdə birbaşa iştirak etmiş döyüşçülər filmdə yer alıb. Film boyu real döyüş kadrları ilə bəra­bər, bütün qoşun növlərinin, əsasən də xüsusi təyinatlıların aparıcı rol oynadığı hərbi pro­seslərdə təkrarolunmaz hərbi fəndlər, döyüş səhnələri imitasiya olunaraq lentə alınıb.

XQ



Mədəniyyət