Heydər Əliyev ideyaları xalqımızı zirvələrə aparır

post-img

Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyalarının təntənəsi: şanlı Zəfərdən yeni zirvələrə” mövzusunda toplantı keçirilib.

YAP Sədrinin müavini – Mərkəzi Apa­ratın rəhbəri Tahir Budaqov bildirib ki, Ümummilli liderin anadan olmasının 100-cüildönümünün qeyd olunduğu 2023-cü il Azərbaycan xalqının və dövlətinin tarixinə müstəsna əhəmiyyət daşıyan bir dövr kimi həkk olunub: “Ulu öndərin ideyaları əsa­sında və Prezident İlham Əliyevin rəhbərli­yi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə mühüm nailiyyətlər qa­zanılmış, Azərbaycanın iqtisadi və siyasi im­kanları genişlənmiş, qlobal arenada mövqeyi daha da möhkəmlənmişdir. 2020-ci ildə əldə edilmiş möhtəşəm Qələbə ilə qaytardığı­mız bütün torpaqlarımızda suverenliyimiz də tam bərpa olunmuş, Azərbaycan bayrağı digər ərazilərdə olduğu kimi Xankəndidə də ucaldılmışdır”. 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məm­mədov, YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə, “Azərbay­can bayrağı” ordenli şəhid Nurlan Mustafa­yevin anası Rəhilə Ramazanova və Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xalqımız qarşısında misil­siz xidmətlərindən söz açıblar, Ulu öndərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. 

Çıxış edənlər bildiriblər ki, Ümummilli liderin yaratdığı Yeni Azərbaycan Partiyası onun ideya və əməllərinin gerçəkləşməsinin avanqard qüvvəsidir.

XQ

Son xəbərlər