“Diplomatiya həftəsi” başa çatıb

post-img

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş diplomatiya həftəsi dünən başa çatıb.

Xəbər verildiyi kimi, xarici işlər naziri Ceyhun Bayramovun və ADA Universi­tetinin rektoru Hafiz Paşayevin iştirakı ilə layihənin açılış mərasimindən sonra həftə sonrakı günlərdə Ulu öndərin həya­tı, daxili siyasəti, ordu quruculuğu, iqtisa­di inkişaf və milli neft strategiyası, Ümum­milli liderin təhlükəsizlik orqanlarında fəaliyyəti, Yeni Azərbaycan Partiyasının yaradılmasında rolu, gənclər siyasəti, milli mətbuat və mədəniyyətin inkişafında xidmətləri kimi önəmli mövzuların müza­kirəsi ilə davam edib, müxtəlif görüş və təqdimatlarla yaddaqalan olub.

Layihənin 5-ci günü təşkil olunan bağ­lanış mərasimində xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, nazirliyin mətbu­at xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə və kadrlar idarəsinin rəi­si Raman Məmmədov çıxış ediblər. Bağ­lanış mərasimində yeni qəbul olunmuş “Diplomatiya könüllüləri”nə fəaliyyətlərin­də uğurlar arzulanıb, layihə iştirakçıları­nın çıxışları dinlənilib. 

Sonda layihə iştirakçılarına sertifikat­lar təqdim olunub.

XQ

Son xəbərlər