Qoşulmama Hərəkatı və müstəmləkəçiliyin sonu

post-img

Dünən Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ), Bakı Təşəbbüs Qrupu (BTQ) və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının (QHGT) birgə təşkilatçılığı ilə “Dekolonizasiya dialoqları: nəticələr, çətinliklər və nailiyyətlər” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Məclisdə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçilikləri, parlamentarilər, vətəndaş cəmiyyəti mənsubları, gənclər təşkilatla­rı və akademik dairələrdən olan 100-dən çox nümayəndə iştirak edib. Açılış məra­simində QHPŞ-nin Azərbaycan sədrliyi adından Milli Məclisin Aparat rəhbərinin müavini Rüstəm Mahmudov, BTQ-nin icraçı direktoru Abbas Abbasov və QH­GT-nin Baş katibi Leyla Həsənova çıxış ediblər. 

Natiqlər dekolonizasiya prosesinin gedişatı, neokolonializm tendensiyala­rının vüsət alması və onunla mübarizə, müstəmləkə irsinin aradan qaldırılması, Qoşulmama Hərəkatının bu proseslərdə müsbət rolu və kollektiv səylərin əhəmiy­yətini vurğulayıblar. 

Konfransda “Müstəmləkəçilik mira­sı və müasir kontekstdə dekolonizasi­ya siyasəti”, “Nəsillərarası davamlılığın yetişdirilməsi: dekolonizasiya və post­müstəmləkə cəmiyyətlərinin formalaşdı­rılmasında gənclərin rolu”mövzularında panellərdə bir sıra xalqların onilliklər bo­yunca apardığı mübarizəyə baxmayaraq, onlara qarşı hələ də ədalətsizliyin davam etməsi və müstəmləkəçilik irsinin mənfi təsirləri ətrafında müzakirələr aparılıb. Kolonializm tarixinin ən yadda- qalan si­ması olaraq Fransanın hələ də 13 dəni­zaşırı ərazidə müstəmləkəçilik siyasətini davam etdirməsi, beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymaması və ikili standartlar nümayiş etdirərək beynəlxalq hüququn fundamental norma və prinsip­lərini kobud şəkildə pozması pislənilib. 

Konfrans iştirakçıları Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində ötən dövr ərzində bu mövzuya xüsusi diqqət ayırmasını təqdir edib.

XQ

Son xəbərlər