Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 467 Bakı şəhəri, 22 dekabr 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin qəbul edilməsindən irəli gələn bəzi məsələlərin həll edilməsi haqqında” 2000-ci il 23 dekabr tarixli 224 nömrəli və “İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında” 2006-cı il 13 fevral tarixli 44 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində də­yişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 936-VIQD nömrəli Qanununun icrası­nı təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qəra­ra alır:

1. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin qəbul edilməsindən irə­li gələn bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 de­kabr tarixli 224 nömrəli Qərarına (Azər­baycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 875) aşa­ğıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. Maliyyə bazarlarını tənzim­ləyən qanunlarda nəzərdə tutulmuş hal­larda səhmdar cəmiyyətin nizamnamə kapitalının minimum miqdarı Azərbay­can Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 192, № 5, maddə 461; 2008, № 1, maddə 39; 2009, № 1, mad­də 22; 2016, № 3, maddə 614, № 8, maddə 1449, № 10, maddə 1717; 2017, № 12 (II kitab), maddə 2546; 2019, № 3, maddə 557) ilə təsdiq edilmiş “İpo­teka kağızının dövlət qeydiyyatı Qayda­ları”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2-ci bənddə “Maliyyə Bazar­larına Nəzarət Palatası (bundan sonra - Maliyyə Bazarlarına Nəzarət Palatası)” sözləri “Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank)” sözləri ilə əvəz edilsin.

2.2. 2.1-ci bənddə, 2.2-ci bəndin üçüncü cümləsində, 2.3-cü, 3.3-cü, 3.4-cü, 4.1-ci, 4.2-ci, 5.1-ci və 5.2-ci bənd­lərdə ismin müvafiq hallarında “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları