Türk dünyası poeziya çələngi

post-img

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Türk dünyası info” İctimai Birliyinin layihələri çərçivəsində nəşr olunmuş 6 poeziya antologiyasının təqdimatı keçirilib. 

Yazıçılar Birliyinin katibi Elçin Hü­seynbəyli mərasimi giriş sözü ilə aça­raq layihənin rəhbəri, şair-publisist Də­yanət Osmanlının tərtibatında işıq üzü görən almanaxların böyük məsuliy­yətlə ərsəyə gətirildiyini, ədəbi-mədəni mühitimizin təbliğatı baxımından mü­hüm önəm daşıdığını bildirdi. 

Dəyanət Osmanlı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə buraxılmış toplular üzərində aparı­lan iş, şeirlərin mövzusu və ideya yö­nümü barədə ətraflı məlumat verdi. Bakı Dövlət Universitetinin müəllimi Knyaz Aslan, filologiya elmləri doktoru Bədirxan Əhmədov və başqaları “Türk dünyasında Azərbaycan”, “Zəfər duy­ğuları”, “Çağdaş bütöv Azərbaycan” və s. adlarla buraxılan kitabların bədii-es­tetik xüsusiyyətlərini diqqətə çatdırdı­lar. 

P.ƏMİRCANOV
XQ

Mədəniyyət