“Kamilliyə doğru” yol

post-img

Əməkdar mühəndis və publisist Asif Bəkirlinin “Kamilliyə doğru” adlı yeni kita­bı nəşr olunub.

Kitab, ümumilikdə, iki əsas hissədən ibarətdir. 1-ci hissdə həyatla, vətənpər­vərliklə, dəyərlərlə, gəncliklə, idarəetmə, liderlik, səriştə, dövlət və dövlətçilik, in­san və insanlıqla bağlı baxış və düşün­cələrini əks etdirən aforizmlər cəmlənib. 2-si hissədə isə müəllifin şeirləri ipə-sa­pa düzülüb. 

Kitabda, həmçinin tanınmış ziyalıla­rın Asif Bəkirlinin yaradıcılığı haqqında fikirləri yer alıb. SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin rəisi vəzifəsində çalışan Asif Bəkirli, eyni za­manda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. Elmi-publisistik fəaaliy­yətinə görə Türk Dünyası Araşdırma­ları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adına, "Türk Dünyası­nın Fəxri Aydını Uluslararası Ödülü”nə, həmçinin Rusiya Federasiyası Yazıçılar İttifaqı Moskva şəhər təşkilatının A.S.Puşkin adına "Sözə və əmələ sədaqət" medalına layiq görülüb. Amma o, bə­dii-publisistik düşüncələrinin toplusu olan kitablarının çapını ən böyük müka­fatı sayır.

Ə.DOSTƏLİ
XQ

Sosial həyat