2 Avropa qızılı

post-img

Azərbaycan gimnastları Avropa çempiona­tında 2 qızıl medal qazanıblar.

Akrobatika gimnas­tikası üzrə millimizin üzvləri Daniel Abba­sov və Murad Rəfiyev­dən ibarət kişi cütlüyü Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatın­da balans hərəkətlə­rində bütün rəqiblərinə qalib gələrək birinci yeri tutublar. 

Komandamızın digər üzvləri Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük isə temp hərəkətlərində qitə çempionatının qalibi olub. 

Leyla SABİRQIZI 
XQ

İdman