Görkəmli bəstəkar Arif Məlikovun “Azərbaycan” mahnısına videoçarx hazırlanıb

post-img

Görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun 90 illiyi ilə əlaqədar bir sıra tədbirlər təşkil olunub. Azərbaycanın tanınmış opera ifaçısı, Əməkdar artist Ramil Qasımov görkəmli bəstəkarın doğum gününə töhfə verib.

Opera və Balet Teatrından XQ-yə bildirilib ki, Əməkdar artist 50 ildən sonra sözləri Səməd Vurğuna, musiqisi isə Arif Məlikov aid “Azərbaycan” mahnısına videoçarx hazırlayıb.

Bu barədə fikirlərini bölüşən R.Qasımov deyib: “İlk dəfə bu əsəri 2018-ci ildə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən konsertdə ifa etmişəm. Bu, həmin konsertdə iştirak edən Arif Məlikov üçün həm gözlənilməz, həm də sevincli olmuşdu. Çünki zamanında "Azərbaycan" mahnısının ilk ifaçısı Rəşid Behbudov olub. Mənə kiçik dostum deyə müraciət edərdi və mütəmadi olaraq sənətimə, yaradıcılığıma xüsusi diqqət, qayğı ilə yanaşdığı üçün bu gün, onun doğum günündə onun əsərinə videoçarx hazırlamağı özümə borc bildim”.

Mədəniyyət