Sebastyan Fettel yenidən "Formula 1"-ə qayıda bilər

post-img

Dördqat dünya çempionu Sebastyan Fettel yenidən “Formula 1”-ə qayıda bilər. 

"XQ" "Bild Sport"a istinadən xəbər verir ki, sabiq pilot bildirib ki, əgər hansısa komandadan sərfəli təklif alarsa, bunu dəyərləndirəcək: “Bir çox insanlar bu suala “yox”, bəziləri “bilmirəm” cavabını verdilər. Amma sonda hamısı qayıtdı. Ona görə də dönüşümü istisna etmirəm. Həm də zəngdən və zamandan asılı olacaq”,-deyə Sebastyan Fettel bildirib.

Qeyd edək ki, Sebastyan Fettel 2022-ci ildə karyerasını başa vurub. O, 2010, 2011, 2012 və 2013-cü illərdə “Formula 1”in qalibi olub.

Elçin ABBASOV
XQ

İdman