Müharibənin 568-ci günü: Rusiya və Ukraynanın itkiləri açıqlanıb

post-img

Ukrayna Baş Qərargahı Rusiya ilə müharibənin 568-ci günü üçün rus ordusunun itkiləri haqda məlumatı yeniləyib. Xəbəri “İnterfaks.ru” verib. 

Qərargahın məlumatında bildirilib ki, Rusiya silahlı qüvvələrinin indiyə qədər 270 970 hərbçisi öldürülüb.

Eləcə də Rusiyanın 4599 ədəd tankı, 8810 ədəd zirehli döyüş maşını, 5944 ədəd artilleriya sistemi, 769 ədəd reaktiv yaylım atəş sistemi, 517 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarəsi, 316 ədəd helikopteri, 8458 ədəd avtomobil texnikası, 4697 ədəd PUA-sı, 1455 qanadlı raket, 20 gəmi/qayığı, 1sualtı qayığı, 889 xüsusi avadanlığı məhv edilib. 

Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi də Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Qeyd olunub ki, müharibənin başladığı gündən indiyə qədər Ukraynanın 467 təyyarəsi, 248 helikopteri, 6706 PUA-sı, 437 zenit-raket kompleksi, 11 811 tank və digər zirehli texnikası, 1150 reaktiv yaylım atəş sistemi, 6359 artilleriya və minaatanı, 12 958 xüsusi hərbi avtomobil texnikası məhv edilib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya