Bir cümə günü “Qadınlar Danışırlar” filminin nümayişinə getmək...

post-img

İyulun 21-də saat 19:00-da rejissor Sara Pollinin "Danışır qadınlar" bədii filminin nümayişinə getdim. Əlbəttə, hər kəs cümə günlərindən maksimum yararlanmaq istəyir. Nümayiş Yarat İncəsənət Məkanında XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin 2-ci mərtəbəsində baş tutdu. Filmin yaş həddi 13+ idi. Lakin filmə baxdıqdan sonra belə qənaətə gəldim ki, buradakı ağır psixoloji hekayə üçün daha yuxarı yaş həddi qoyulmalıdır. Burada əsas qəhrəmanlar və mövzu qadınlar idi. Film orjinal dilində və ingilis altyazı ilə təqdim edildi. 

Hekayə bir axşam səkkiz mennonit qadının gizli görüş keçirmək üçün samanlıqda toplaşması ilə başlayır. Son iki il ərzində ucqar koloniyanın bu qadınları, həmçinin yüzlərlə digər qız narkotiklərlə bihuş edilərək yerli kişilər tərəfindən təcavüzə məruz qalıblar. Burada kişilər qadınların  günahlarına görə cəzalandırmaq üçün gələn cinlər olaraq metafora edilir. Film əsasən dialoqlar üzərinə qurulmuşdu. Baş qəhrəmanlarımızı narahat edən əsas sual isə “Yaşadıqları yeri tərk etmək, yoxsa qalıb mübarizə aparmaqmı?”dan ibarət idi.

Müzakirə üçün yığışan qadınların arasında 1 kişi yer alırdı. Onun öhdəliyi isə burada qadınların müzakirlərini dəftərə qeyd etməkdən ibarətdir.  Çünki orada olan heç bir qadın oxuyub-yazmağı bacarmır. Kino irəlilədikcə dünyada nə qədər müxtəlif problemlər olduğu haqda daha dərindən düşünürdüm.  Adətən bu kimi filmlərin nümayişi zamanı rejissor çağırırlsa da, bu gün çağırılmamışdı. 

Filmdə daha çox soyuq rənglərdən istifadə olunub. Bu da qadınların çəkdiyi əziyyətlərin və həyatlarının rəngsizliyini təmsil edirdi. 

Qeyd edək ki, film, Miriam Tovsun 2018-ci ildə yazdığı eyniadlı romanı əsasında çəkilib. Kino 28-ci Critics' Choice Awards-ın 6 mükafatının, "Ən yaxşı film" və "Ən yaxşı uyğunlaşdırılmış ssenari" nominasiyaların qalibi və 75-ci ABŞ Ssenaristlər Gildiyası, 95-ci "Oskar" mükafatının "Ən yaxşı film" kateqoriyasının nominantı olub.

Ümumilikdə normal təəssüratla filmdən çıxdım. Dialoqlar üzərinə qurulan bədii film sevənlərin bəyənəcəyi janrda olduğunu düşünürəm. Məncə, hər cümə gününü film günü olaraq qeyd etməliyəm. 

Dinarə ZEYNALOVA









Mədəniyyət