Əlcəzairdə havanın temperaturu 48 dərəcədən yüksəkdir

post-img

Əlcəzairdə havanın yüksək temperaturu davam edir və bəzi şəhərlərdə 48 dərəcəni keçib. Xəbərdarlıq səviyyəsi narıncıdan qırmızıya yüksəldilib.

Əlcəzair Meteorologiya İdarəsinin təsnifatına görə, narıncı rəng “çox təhlükəli” vəziyyətin baş verdiyini və ya gözlənildiyini, qırmızı rəng isə müstəsna dərəcədə ağır “çox təhlükəli” vəziyyətin baş verdiyini və ya gözlənildiyini bildirir.

Əlcəzair Mülki Müdafiə İdarəsi ölkənin şimalında 7 şəhərdə meşə yanğınlarının baş verdiyini, söndürmə işlərinin davam etdiyini açıqlayıb.

Təxminən bir aya yaxındır ki, ölkənin paytaxtında havanın temperaturu 48 dərəcə, digər bölgələrdə isə 50 dərəcədir.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya