İran genişmiqyaslı təlimlərə başlayıb

post-img

İran Hərbi Hava Qüvvələri (HHQ) İsfahanda təlimlər keçirir. IRNA məlumat yayıb ki, İran HHQ-nin 11-ci təliminin əsas mərhələsi gecə başlayıb.

Təlimlərdə 92 növ qırıcı, bombardmançı və pilotsuz uçuş aparatlarından istifadə olunur. Təlim zamanı kəşfiyyat, hava və yer hədəflərinin məhv edilməsi həyata keçiriləcək.

Eyni zamanda, İsfahanla yanaşı, Tehran, Təbriz, Şiraz, Bəndər Abbas, Məşhəd və Dezful hərbi hava bölmələri də sözügedən təlimlərdə iştirak edir.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya