İngiltərə Premyer Liqası təmsilçisi “Nyukasl Yunayted” “Lester Siti”də çıxış edən cinah oyunçusu Harvi Barnsı transfer edib. Bu barədə “Mynet.com” saytı məlumat yayıb.
Mənbə klubun rəsmi səhifəsinə istinadən yazır ki, Barnsın transfer qiyməti ilə bağlı İngiltərə təmsilçisi ilə razılığa gəlinib. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Cari mövsümdə UEFA Çempionlar Liqasında mübarizə aparacaq “Nyukasl Yunayted” Barns üçün 44 milyon avro ödəyəcək.
Qeyd edək ki, Harvi Barns, O, Sandro Tonali və Yankuba Mintehdən sonra yay transfer dönəmində “Nyukasl Yunayted”in heyətinə cəlb etdiyi üçüncü futboldur.
Elçin ABBASOV,
“Xalq qəzeti”