Hakan Fidan: Qeyri-qanuni miqrasiya ilə mübarizədə regional əməkdaşlıq vacibdir

post-img

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Romada Beynəlxalq İnkişaf və Miqrasiya Konfransında iştirak edib. Məlumatı “Anadolu” verib. 

Fidan Aralıq dənizi ölkələrinin yaşadığı ortaq problem olaraq xarakterizə etdiyi qeyri-qanuni miqrasiya ilə mübarizədə regional əməkdaşlığın vacib olduğunu söyləyib.

Miqrasiyanın qaynaqlandığı yerdə dayandırılmasının vacibliyini vurğulayan türkiyəli nazir bunun üçün qarşıdurmaların və iqtisadi problemlərin aradan qaldırılmasının vacibliyini dilə gətirib. 

Xarici işlər naziri Fidan ölkələr arasında yükün bölüşdürülməsinin vacibliyini vurğulayarkən bütün ölkələri ksenofobiya və nifrət cinayətlərinin qarşısını almağa və insan ləyaqətinin qorunması üçün tolerantlıq mədəniyyətini inkişaf etdirməyə çağırıb.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya