Azərbaycan əsilli bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova Almaniyanın Detmold şəhərində yaşayır. O, “Bridge of Sound” ansamblının və orkestrinin yaradıcısı və bədii rəhbəridir. Soydaşımızıın “Solo fortepiano üçün uşaq pyesləri” adlı dərsliyi alman dilində nəşr olunub.
Milli musiqimizin Almaniyada təbliği məqsədilə nəşr edilmiş dərsliyə Azərbaycan bəstəkarlarının, o cümlədən Xədicə Zeynalovanın əsərləri daxil edilib. Qeyd edək ki, Xədicə Zeynalova Azərbaycan Bəstəkarlar İttifaqının, Almaniyanın GEMA təşkilatının və “Qadınlar musiqidə” Beynəlxalq Alyansının üzvü, Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosentidir. Onun əsərləri Almaniya, İsveçrə, Avstriya, Azərbaycan, Böyük Britaniya, İtaliya, Kanada, Türkiyə, Oman, Fransa, Gürcüstan, Kipr, Macarıstan, ABŞ və digər ölkələrdə səsləndirilir.
Ə.DOSTƏLİ, “Xalq qəzeti”