Dirijor robot

post-img

Artıq robotlar həyatın bütün sahələrinə nüfuz edir. Bu günlərdə Cənubi Koreyanın Seul şəhərində ke­çirilən konsertdə orkestri EveR-6 adlı android robot idarə edib.

Xarici KİV-lər xəbər verir ki, Koreya Qabaqcıl Elm və Texnologiyalar İnstitu­tu tərəfindən hazırlanmış insanabənzər robotun Koreya Milli Teatrında orkestrə dirijorluq etməsi dünya mədəniyyəti ta­rixində ilk belə hadisə kimi yadda qa­lıb. Robotun əvvəlcə tamaşaçılara baş əyərək, konsertdə dirijor kimi dəqiqliklə çıxışı böyük maraq doğurub və alqışlarla qarşılanıb.

Ə.DOSTƏLİ, “Xalq qəzeti”

Mədəniyyət