"Ulduz" jurnalının ulu öndərə həsr olunmuş xüsusi buraxılışı

post-img

"Ulduz" jurnalının builki aprel sayı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. 

Ulu öndər milli-mənəvi dəyərlər sis­temimizə dərin bağlılığını belə ifadə etmişdi: “Xalqımızın incəsənət, mədə­niyyət sahəsindəki nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm”. Ədəbi gəncliyin populyar sənət dərgisinin yaradıcı heyəti ümum­milli liderin bu yüksək münasibətini xü­susi buraxılışda geniş cavablandırıb.

"Ədəbiyyat qəzeti" və "Təhsil Nəşriy­yat-Poliqrafiya" MMC-nin ortaq layihə­si əsasında hazırlanmış buraxılış Xalq yazıçısı Anarın "Qalib gəldi, qalib getdi" sərlövhəli məqaləsi ilə açılır. Yazı müəl­lifin ulu öndərlə bağlı düşüncələrini, xa­tirələrini və unudulmaz ədəbi görüşləri ehtiva edən mülahizələrini əhatə edir. Xalq yazıçısı Elçinin "Dünya axirət əki­ni", filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının "Ədəbiyyata həyatdan gələn qəhrəman", eləcə də professor Mahirə Nağıqızının "Ulu öndər Heydər Əliyev və natiqlik sənəti" yazılarında Heydər Əliyev şəxsiyyətinin ali məqamlarına nəzər yetirilib. 

Ədəbiyyatşünas Yaşar Qaraye­vin "Müstəqillik dövrünün milli öndəri", akademiklər İsa Həbibbəylinin "Heydər Əliyevin böyük ədəbiyyat siyasəti", Ni­zami Cəfərovun "Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşmasın­da Heydər Əliyev fenomeni", Xalq yazı­çısı Kamal Abdullanın "Ümummilli lider Heydər Əliyev Azərbaycan multikultu­ralizminin siyasi banisi kimi", şair-pub­lisist, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəsin "Heydər Əliyev və müasir ədəbiyyat", filologiya üzrə elmlər dokto­ru Pərvanə Bəkirqızının "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı", professor Qəzənfər Paşayevin "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" məqalələ­rində ümummilli lider Heydər Əliyevin ədəbiyyatımızın, incəsənətimi­zin tərəqqisinə bəxş etdiyi əvəz­siz töhfələrdən söz açılır, milli – mənəvi dəyərlərimizin qorunması yolunda yorulmaz fəaliyyətinə nəzər salınır. 

"Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın "Heydər Əliyev barədə yazılmış ilk poetik mətn" məqaləsi Güney Azərbay­canın böyük şairi Bulud Qaraçor­lu Səhəndin "Elimin dayağı, yur­dumun fəxri" şeiri ətrafında qeyd və mülahizələri özündə ehtiva edir. YAP-ın idarə heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimovanın "Ədəbi yaddaşımı­zın Heydər Əliyev məqamı" mü­sahibəsində Xalq şairi Nəriman Həsənzadənin Heydər Əliyevlə bağlı xatirə və düşüncələri ifadə olunub. 

"Heydər Əliyevin gücü, yaxud özünəqayıdışın Cavid intibahı" yazısında, adından da göründüyü kimi, Hüseyn Cavid ədəbi irsinə, eləcə də ədibin ailəsinə Heydər Əliyevin diqqət və qayğısından söhbət açılır. "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin baş di­rektoru Tural Axundovun "Ulu öndərin xeyir-duası" yazısı Heydər Əliyevin nəş­riyyat və poliqrafiya sahəsinin inkişafı yolunda göstərdiyi fəaliyyətə işıq tutur. Filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun "Heydər Əliyev və Səməd Vurğun ocağı" məqaləsi Heydər Əliye­vin Xalq şairi Səməd Vurğunun ailəsinə göstərdiyi dərin ehtiramın tarixçəsidir. 

Dərgidə son olaraq yazıçı Xeyrəddin Qocanın "Heydər Əliyevlə görüşlər, söh­bətlər" xatirə yazısı təqdim edilib. Qeyd edək ki, xüsusi buraxılışda ulu öndərin kəlamları və ona həsr edilmiş şeirlərlə yanaşı, dahi şəxsiyyət haqqında ölkə xaricində çap edilmiş kitablardan seçmə fikirlər də yer alıb.

 

T.RÜSTƏMLİ,

“Xalq qəzeti”

Mədəniyyət