Separatçılığın etnopsixologiyasının modern tədqiqi

post-img

Dünyada separatizmin müxtəlif aspektləri ilə bağlı bir çox tədqiqat işləri mövcuddur. Azərbaycanda ilk olaraq BDU-nun Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru İmdad Bayramovun  “Separatizmin etnopsixologiyası” kitabı problemin nəinki siyasi və hüquqi tərəfini, həm də psixoloji-fəlsəfi-sosioloji tərəflərini də ortaya qoyan tədqiqatdır.  

Kitab separatçılığın sosial-psixoloji tədqiqi, şəxsiyyətin daha optimal istiqamətdə sosiallaşması imkanlarını gücləndirməyə və cəmiyyətdə sosial-mədəni inteqrasiyaya əngəl olan maneələri aradan qaldırmaq yollarını müəyyənləşdirməyə yardım edir.  Tədqiqatda müəllifin məqsədə çatdırmaq istədiyi çox önəmli iki istiqamət görürük: birinci,  separatçılığın sosial-psixoloji mahiyyətini və onun müxtəlif formalarda olan təzahürləri üzə çıxarılıb, ikinci,  separatçılığın formalaşması və funksional fəaliyyətinin şərtləri barədə təsəvvürlər sistemləşdirilib.

Kitabda rast gəldiyimiz önəmli tərəflərdən biri də, onun bu sahədə Azərbaycan elminə gətirdiyi yenliklərdir. Müəllif  separatçılıq fenomeninin tarixi-sosial dinamika şəraitində sosial-psixoloji səbəblərini, problemin və onun yaranmasına şərait yaradan amillərin psixoloji strukturunu, tiplərini və funksional xarakterini müəyyənləşdirməklə yanaşı, problemin həlli ilə bağlı əsaslı təklif və tövsiyələrini təqdim edib. Kitab bu baxımdan separatçılığın sosial-psixoloji tədqiqi, şəxsiyyətin daha optimal istiqamətdə sosiallaşması imkanlarını gücləndirmək və cəmiyyətdə sosial-mədəni inteqrasiyaya əngəl olan maneələri aradan qaldırmaq yollarını müəyyənləşdirməyə yardım edir.   

Etnik psixologiya problemlərinin nəzərdən keçirilməsi hər bir dövlət üçün vacibdir, çünki o, millətlərarası qarşılıqlı əlaqəyə səmərəli yanaşmalar qurmağa, kütləvi ünsiyyət problemlərini həll etməyə, mədəni xüsusiyyətləri nəzərə alaraqla etnik millətlərlə fərdi işi düzgün təşkil etməyə imkan verir. Məhz bu kitab dövlətin bu sahədə məşğul olan ekspertlər və qurumlar üçün xüsusi əhəmiyyət daşıyır. 

Qeyd edək ki, separatçılığın sosial-psixoloji xüsusiyyətlərinin araşdırılması Azərbaycanda separatçılığın növlərini müəyyənləşdirməyə və onların inkişaf dinamikasını proqnozlaşdırmağa imkan verir. Azərbaycan dövlətinin multikulturalizm istiqamətində apardığı dövlət siyasəti ölkədə etnik, dini və digər separatçılıq amillərinin fəallaşmasına şərait yaratmır. Azərbaycanın multikulturalizm siyasəti modeli digər ölkələr üçün də separatçılıq amillərinin ortadan qaldırılması istiqamətində nümunə ola bilər. 

Son olaraq qeyd edək ki, separatçılığın sosial-psixoloji tədqiqi, şəxsiyyətin daha optimal istiqamətdə sosiallaşması imkanlarını gücləndirməyə və cəmiyyətdə sosial-mədəni inteqrasiyaya əngəl olan maneələri aradan qaldırmaq yollarını müəyyənləşdirməyə yardım edir. Əminliklə demək olar ki,  “Separatizmin etnopsixologiyası” kitabı həm separatçılıq amillərinin  tədqiqində, həm də ona qarşı mübarizədə dəyərli elmi vasitədir. 

“Xalq qəzeti” 

 

Mədəniyyət