İlqar Orucov: Prezident təhsil işçilərinə həssas münasibət göstərir

post-img

Azərbaycan təhsilinin və elminin inkişafı istiqamətində Ümummilli Lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının təhsil işçiləri ilə bağlı Sərəncamı kifayət qədər sosial yönümlü və maliyyə tutumludur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O qeyd edib ki, Azərbaycanda təhsilə qayğı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biridir: “Ölkəmizdə təhsilin keyfiyyəti ön plana çıxır. Müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır. Müntəzəm olaraq təhsil işçilərinin əməkhaqları artırılır, müəllimlərin peşəkar inkişafı və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ardıcıl addımlar atılır. Hazırda dünyada gedən iqtisadi böhranlar, mövcud olan qiymət artımları fonunda ölkə başçımız hər zaman Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına, onun sosial müdafiəsinin gücləndirilməsinə hesablanmış addımlar atır. Azərbaycan müəlliminin qayğıları bu ölkənin ali siyasi rəhbərliyini hər zaman düşündürür. O qayğıların qarşılanmasında dövlət öz dəstəyini hər zaman ifadə edir. Prezident İlham Əliyev hər zaman təhsil işçilərinə həssas münasibət göstərir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın gələcəyi daha etibarlı və inamlı əllərdədir. Azərbaycan müəllimi layiqli vətəndaş yetişdirilməsi kimi mühüm missiyasında daha məsuliyyətli olacaq”.

Təhsil