“Qiyamət günü buzlağı” qlobal təhlükə yaradır

post-img

Alimlər Antarktidada yerləşən və “Qiyamət günü buzlağı” kimi tanınan Tveytz buzlağının vəziyyəti ilə bağlı ciddi narahatlıq ifadə edirlər. Peyk müşahidələrinin məlumatlarına görə, isti okean cərəyanları buzlağın alt qatını getdikcə daha fəal şəkildə aşındırır. Nəticədə buzlaq çatlarla örtülür və sürətlə sabitliyini itirir.

Tveytz Böyük Britaniyanın ərazisi ilə müqayisə edilə bilən ölçüdə nəhəng buz kütləsidir. Onun tam dağılması halında Dünya okeanının səviyyəsi azı 60 santimetr yüksələ bilər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, ən təhlükəli ssenari buzlağın çökməsinin qonşu buz örtüklərinin də əriməsinə səbəb olan zəncirvari reaksiyanı işə salmasıdır. Bu isə su səviyyəsinin 3–5 metr qalxmasına gətirib çıxara bilər.

S.ELAY

XQ

Maraqlı