İqlim dəyişikliyindən dəyən ziyan qiymətləndirilib

post-img

İqlim dəyişikliyinin qlobal iqtisadiyyata vurduğu ziyan 2049-cu ilə qədər ildə 38 trilyon dollara çata bilər.

Lenta.ru xəbər verir ki, bu qənaətə Potsdam İqlimə Təsirin Tədqiqat İnstitutunun alimləri gəliblər və onların araşdırması “Nature” jurnalında dərc olunub.

Beləliklə, qlobal iqtisadiyyat 19 faiz daralma riski ilə üzləşir. İtkilər qlobal istiləşmə sürətinin azaldılması xərclərindən altı dəfə çoxdur. Eyni zamanda, əsas təhlükə Yer kürəsində temperaturun yavaş yüksəlməsindən deyil, təbii fəlakətlərdən - meşə yanğınları və qasırğalardan qaynaqlanır.

Ekspertlərin fikrincə, iqlim dəyişikliyi təkcə milli hökumətlər və iri şirkətlər üçün deyil, həm də ayrı-ayrı şəxslər üçün iqtisadi problemlərə təhlükə yaradır. Problemlər ən çox Afrika və Cənubi Asiya ölkələrinə təsir edəcək.

S.ELAY

XQ

Maraqlı