Moldova müxalifəti siyasi blok yaradır

post-img

Moldovanın bəzi müxalifət partiyalarının nümayəndələri 2024-cü ilin payızında Moldovada keçiriləcək seçkilər və Aİ-yə üzvlüklə bağlı referendum ərəfəsində “Qələbə” siyasi blokunun yaradıldığını elan ediblər. TASS xəbər verir ki, bunu müxalifətin Moskvada keçirilən qurultayında moldovalı siyasətçi, Şor partiyasının sədri İlan Şor deyib.

“Bu gün burada, bu salonda biz “Qələbə” blokunun yaradılmasını elan edirik”, - o deyib.

İştirakçılar arasında Moldova Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul və parlamentin deputatı Marina Tauber də var. Qurultayda, həmçinin “Renessans” partiyasının nümayəndələri Natalia Paraska, “Şans” Aleksey Lunqu, "Viktoriya" Vadim Qrozavu, “Moldovanın xilası üçün alternativ qüvvə” Aleksander Beşyeru iştirak edib.

S.ELAY

XQ

 

Dünya