Məlum olub ki, iqlim dəyişikliyi səbəbindən qütb buzlaqlarının əriməsi Yerin daha yavaş fırlanmasına səbəb olur.
XQ xəbər verir ki, bu barədə araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.
Kaliforniyanın San Dieqo Universitetində aparılan tədqiqatda geofiziki hadisələrin Yerin fırlanmasına təsiri riyazi modellərdən istifadə edilərək araşdırılıb. Nəticədə məlum olub ki, qütb buzlaqlarının əriməsi, xüsusən də insanın yaratdığı iqlim dəyişikliyi Yer kürəsinin əvvəlki dövrlərdən daha yavaş fırlanmasına gətirib çıxarıb. Bununla yavaşlama təqvim ilinin son dəqiqəsinə bir saniyə əlavə edilməsi olaraq bilinən "sıçrayış saniyəsi" tətbiqi 2026-cı ilə yox, 2029-a ilə düşə bilər.
Tədqiqatın müəllifi, Kaliforniya San Dieqo Universitetinin Skripps Okeanoqrafiya İnstitutunun geofiziki Dunkan Aqnyu (Duncan Agnew) sözügedən mövzu ilə bağlı verdiyi açıqlamada bildirib ki, buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsində yaranan dəyişiklik Yerin fırlanma sürətinə təsir edir.
Anar ƏLİ,
XQ