"Microsoft" və "OpenAl" 100 milyard dollara süni intellektli məlumat mərkəzi yaradacaq

post-img

“The Information” üç mənbəyə istinadən xəbər verir ki, “Microsoft” və “OpenAl” süni intellekti dəstəkləmək üçün ixtisaslaşmış server çipləri olan superkompüterdən ibarət “Stargate” məlumat mərkəzi layihəsini müzakirə edirlər. Onun sözlərinə görə, layihə təxminən 100 milyard dollara başa gələ bilər.

“The Information”ın həmsöhbətlərinin fikrincə, layihəni çox güman ki, "Microsoft" maliyyələşdirəcək. Nəşr qeyd edir ki, "Stargate" bəzi irimiqyaslı məlumat mərkəzlərindən yüz dəfə baha olacaq. Layihənin "Microsoft" və "OpenAl"ın növbəti altı il ərzində yaratmaq niyyətində olduğu bir sıra quraşdırmalar arasında ən böyüyü olacağı gözlənilir. "Microsoft Stargate"i 2028-ci ildə, şirkət isə 2026-cı ildə "OpenAl" üçün daha bir superkompüter buraxmağı planlaşdırır.

2023-cü ilin yanvarında "Microsoft" ChatGPT chatbotunun yaradıcısı "OpenAl"da sərmayəsini artırmağı planlaşdırdığını elan etmişdi. KİV yazır ki, söhbət 10 milyard dollarlıq sərmayədən, xüsusən də superkompüterlərin yaradılması və süni intellekt sahəsindəki inkişaflardan gedə bilər. Bundan əvvəl korporasiya artıq iki dəfə "OpenAl"a sərmayə qoymuşdu. "Microsoft" "Bing" axtarış sistemi də daxil olmaqla digər məhsullarında "OpenAI" texnologiyalarından istifadə edir.

S.ELAY

XQ

İKT