65 yaşdan yuxarı olanlara yatmaq üçün ideal temperatur

post-img

Yaşı 65-dən yuxarı olan fərdlərdə yaxşı yuxu üçün ideal otaq temperaturunun 20-25 dərəcə olması müəyyən edilib.

Nəticələri "Science of The Total Environment" jurnalında dərc olunan amerikalı tədqiqatçıların araşdırmasında 65 yaşdan yuxarı 50 nəfər 11 min gecə yuxuya nəzarət edib.

Araşdırmada yaş qrupları üçün otaq temperaturunda ciddi fərqlərin olduğu müəyyən edilib və 20-25 dərəcə otaq temperaturunun 65 yaşdan yuxarı olanlar üçün yaxşı yuxu üçün ideal olduğu ortaya çıxıb.

Bundan əlavə, komanda otaq temperaturu 30 dərəcədən yuxarı qalxdıqda yuxu keyfiyyətinin 5-10 faiz azaldığını qeyd edib.

Anar ƏLİ,
“Xalq qəzeti”

Maraqlı