Ruslan Tağıyev Özbəkistanın məşhur idmançısını məğlub edərək çempion oldu

post-img

Budo döyüş növləri üzrə dünya və Asiya çempionu Ruslan Tağıyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən EFC 35 -də rəqibi üzərində parlaq qələbə qazanıb. Qeyd edək ki, Ruslan Tağıyev peşəkar döyüşdə 5-ci qələbəsidir. Ruslan Tağıyevin rəqibi Özbəkistan Respublikasının tanınmış, məğlubedilməz idmançısı titulunu qazanan Baktierjon Kosimkhodjaevdir. O, 4 peşəkar döyüşdə məğlub olmayan idmançıdır.
Ruslan  Tağiyev həmçinin budodan Azərbaycan çempionudur.

Hazırda SOCAR “Azəriqaz” İstehsalat Birliyində mühəndiz vəzifəsində çalışır.

Anar ƏLİ,    
“Xalq qəzeti”

İdman