Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu fevralın 18-də Qaxda keçirilib.
Rayonun Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar. Sakinlərin müraciətləri, əsasən, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsi ilə bağlı layihə və təşəbbüslər, məşğulluq və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını deyib. Qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.
XQ

