Fevralın 18-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin təqdimatı olub.
BTQ-nin icraçı direktoru Abbas Abbasov, antropoloq, “QaraSivilizasiya” Muzeyinin İdarə Heyətinin üzvü və “L’Africaine d’Architecture” platformasının təsisçisi Sename Kofi Aqbodjinu, eləcə də dekolonial tədqiqatlar üzrə multidisiplinar araşdırmaçı, “QaraSivilizasiya” Muzeyinin kuratoru Natali Elizabet Mba Bikoro Virtual Muzey haqqında ətraflı məlumat verərək iştirakçıların suallarını cavablandırıblar.
Qeyd olunub ki, layihənin əsas məqsədi müstəmləkə sisteminin təsirlərinə dair arxiv sənədlərini, foto və videomaterialları, eksponatları və digər vizual mənbələri ictimaiyyətə interaktiv formada təqdim etməkdir.
İngilis və fransız dillərində fəaliyyət göstərəcək muzey müstəmləkəçiliyi və onun müasir təzahürlərini tarixi, hüquqi, iqtisadi, sosial, mədəni və ekoloji aspektlərdə sistemli şəkildə əks etdirən rəqəmsal məlumat bazası olacaq.
Bakı Təşəbbüs Qrupu tərəfindən ərsəyə gətirilmiş Virtual Muzey dünyada müstəmləkəçiliyə və onun yeni təzahürlərinə həsr edilmiş ilk virtual platformadır.


