QAİ-nin İrəvan Qazılığı ilə əməkdaşlığı

post-img

Qərbi Azərbaycan irsinin sistemli şəkildə araşdırılması, dini-mənəvi abidələrin qorunması və bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması son dövrdə bu hərəkatın fəaliyyətində önəmli yer tutur.

Qərbi Azərbaycan İcmasında İrəvan Qazısı Bəxtiyar Nəcəfovla keçirilən görüşdə bu mövzu diqqət mərkəzində olub.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycanda tarix boyu çoxsaylı məscidlər, dini ocaqlar, pir və ziyarətgahlar mövcud olub. Bu irsi erməni vandalları kütləvi surətdə dağıtmış və təhrif etmişdir. O, icmanın bu irsi faktoloji əsaslarla yenidən araşdırmaq, mövcud məlumatları dəqiqləşdirmək və beynəlxalq ictimaiyyətə çatdırmaqla bağlı ardıcıl iş apardığını vurğulayıb.

Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov və İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli dini-mənəvi irsin araşdırılması, bu yöndə sistemli əməkdaşlığın gücləndirilməsi və təsdiqlənmiş həqiqətlərin beynəlxalq platformalarda təqdimatı mövzusunda İrəvan qazısı ilə fikir mübadiləsi aparıblar.

Hacı Bəxtiyar Nəcəfov dini dəyərlərin cəmiyyətdə oynadığı rol və mənəvi irsin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib. O, Qərbi Azərbaycana Qayıdış hərəkatının yalnız təkcə siyasi deyil, həm də dini-mənəvi və mədəni məsələ olduğunu vurğulayaraq, qazılığın bu istiqamətdə icma ilə sıx əməkdaşlığının zəruriliyini bildirib. Qazı sülhün, mənəvi birliyin və dini həmrəyliyin bölgədə sabitlik üçün mühüm şərt olduğunu diqqətə çatdırıb.

Görüş zamanı tərəflər dini irsin araşdırılması, tarixi faktların toplanması və ictimai maarifləndirmə işlərinin koordinasiyalı şəkildə aparılması barədə razılığa gəliblər.

XQ

Son xəbərlər