İqtisadi Şuranın və İnvestisiya Holdinqi Müşahidə Şurasının birgə iclası

post-img

Dekabrın 10-da İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqi Müşahidə Şurasının birgə iclası keçirilib.

Baş nazir, İqtisadi Şuranın və İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Şirkətinin dayanıqlı fəaliyyəti barədə təqdimat, o cümlədən qurumun həyata keçirdiyi layihələr və onların inkişaf perspektivləri, maliyyələşmə mənbələri, borc portfeli və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlərlə bağlı Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda eləcə də iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və AİH-in baş icraçı direktoru Ruslan Əlixanov çıxış ediblər.

Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının üzvləri müzakirələr aparıblar. İclasın yekununda şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla ARDNŞ və ARDNF-ə müvafiq tapşırıqlar verilib.

XQ

Son xəbərlər