Çindən yeni marşrut üzrə Azərbaycana multimodal yük daşımalarına start verilib

post-img

Çinin şimal-qərbindki Sincan Uyğur Muxtar Rayonunun Kaşğar şəhərindən Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan marşrutu üzrə ilk beynəlxalq multimodal konteyner daşımalarına start verilib.

AZƏRTAC xəbər verir ki, yüklər Sian və Çendu şəhərlərindən qədər dəmir yolu ilə Kaşğara, oradan avtomobil nəqliyyatı ilə Oş şəhərinə, Oşdan Türkmənistan limanına qədər yenidən dəmir yolu ilə, daha sonra isə Türkmənistan limanından Bakıya dəniz yolu vasitəsilə daşınacaq.

Yeni marşrutun işə salınması ticarət-logistika əməkdaşlığını möhkəmləndirir, daşımaların səmərəliliyini artırır və “Kəmər və yol” təşəbbüsü çərçivəsində Asiya ilə Avropa arasında yeni nəqliyyat dəhlizinin inkişafına töhfə verir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Son xəbərlər