Oktyabrın 2-də Azərbaycan və Özbəkistan parlamentlərindəki qarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilib.
Yüksəksəviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyini deyən Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov parlamentlərimiz arasındakı səmərəli əməkdaşlıq münasibətləri, parlamentarilərimizin beynəlxalq təşkilatlarda və digər platformalarda birgə fəaliyyəti barədə fikirlərini bölüşüb.
Özbəkistan Ali Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun həmsədrləri – senator Odiljon Mamatkarimov və deputat Alişer Kodirov dövlət başçılarımızın siyasi iradəsi sayəsində möhkəm dostluq və qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətlərinin genişləndirilməsi, bu istiqamətdə parlamentlərimizin verə biləcəyi töhfələr barədə danışıblar.
XQ