Azərbaycan Prezidentinin Kopenhagen səfəri Gürcüstan portalında

post-img

Gürcüstanın aparıcı ictimai televiziyası – “1Tv.ge”nin informasiya portalında Azərbaycan Prezidenti İlham Əliyevin Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündən material yayıb.

Azərbaycan və gürcü dilində yayımlanan xəbərdə dövlətimizin başçısının Azərbaycan ilə Ermənistan arasındakı sülh razılaşmasına dair fikirləri əksini tapıb.

Prezident İlham Əliyevin nitqindən gətirilən sitatda deyilir ki, sülh gündəliyi ilə bağlı nailiyyətlər bütün region, o cümlədən Ermənistan və Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev həm Ermənistanın, həm də Azərbaycanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını qeyd edib və ölkəmizin sülh gündəliyinin irəli aparılması üçün səyləri davam etdirəcəyini vurğulayıb.

Son xəbərlər