Qəza nəticəsində svetofor yararsız vəziyyətə düşüb

post-img

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi zamanı növbəti dəfə svetofor yararsız vəziyyətə düşüb.

Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Babək prospekti ilə Əlişir Nəvai küçəsinin kəsişməsində qəza baş verib. Hadisə səbəbindən bir ədəd svetofor dirəyi yararsız vəziyyətə düşüb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən sıradan çıxan svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər