Hikmət Hacıyevin Netanyahu ilə görüşü

post-img

İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

Bu barədə məlumatı Azərbaycanın İsraildəki Səfirliyi öz “X” hesabında paylaşıb.

Qeyd edilib ki, tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin regional hadisələri müzakirə ediblər.

“Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Baş nazir Benyamin Netanyahuya çatdırıb. Baş nazir təşəkkürünü bildirib və onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib”, - paylaşımda vurğulanıb.

 

Son xəbərlər