Nəhəng asteroid 7 il yol gələcək

post-img

Futbol meydançası boyda olan “2024 YR4” adlandırılan asteroid Yerə yaxınlaşır. Alimlərin hesablamalarına görə, onun atmosferdə partlayışının gücü Xirosima bombasından 500 dəfə çox olacaq. Asteroidin ehtimal olunan düşmə yeri Sakit və Atlantik okeanları, Cənubi Amerika, Afrika və Cənubi Asiya əraziləri göstərilir.

Mütəxəssislər bildirirlər ki, o, böyük bir şəhəri məhv etmək gücünə malikdir. Yox, əgər okean üzərində partlayarsa, bu, xüsusilə sahilə yaxın ərazidə baş verərsə, dəhşətli sunamiyə səbəb ola bilər. Fəlakətin qarşısını alacaq tədbirlər səmərəsiz olarsa, əhalinin mümkün zərbə zonasından təxliyəsi həyata keçiriləcək.

Qeyd edək ki, NASA tərəfindən “xüsusi diqqət tələb edən obyekt” adlandırılan asteroid 2032-ci il 22 dekabrda Yerlə toqquşa bilər. Bu səma cismi ilk dəfə 27 dekabr 2024-cü ildə Çilidəki “El Sauce” rəsədxanasında aşkar edilib. Astronomların hesablamalarına görə, onun diametri 40-90 metr arasında dəyişir.

S.FİDAN
XQ

Son xəbərlər