Audiovizual Şura ötən il açıq yayımlanan ümumölkə yerüstü televiziya proqramlarının janr üzrə statistikasını təhlil edib

post-img

Audiovizual Şura 2024-cü il ərzində açıq yayımlanan ümumölkə yerüstü televiziya proqramlarının janr üzrə statistikasını təhlil edib.

Bu barədə  Audiovizual Şuranın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Audiovizual Şurası Aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb. Statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub:

23,4% - informasiya və analitik proqramlar

16,0% - idman proqramları

14,1% - reklam məzmunlu materiallar

13,5% - musiqi və əyləncəli proqramlar

12,8% - bədii filmlər və seriallar

8,7% - mədəni-maarif janrında proqramlar

3,3% - anonslar və elanlar

3,1% - sənədli film və materiallar

2,8% - sosial proqramlar

1,2% - uşaq proqramları və cizgi filmləri

1,1% - sosial çarxlar

Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.







Sosial həyat