"Bütün bunlar bir daha göstərir ki, Prezidentimiz hər zaman vətəndaşının yanındadır"

post-img

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Bu sərəncamla qəhrəman pilotlarımız İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyevaya milli qəhrəman adı verilib.

 


Ekipajın digər üzvləri isə "Rəşadət" Ordeni ilə təltif olunublar.

 


Təyyarə baş verdiyi gün cənab Prezident xəbəri alan kimi Rusiyaya uçan təyyarəsinin dərhal geri dönməsinə göstəriş verdi.Bakıya enən kimi elə hava limanındaca müşavirə keçirib lazımi tapşırıqlarını verdi. Dərhal araşdırma komissiyası yaradıldı, xarici mütəxəssislər dəvət olundu, Qazaxıstana azərbaycanlı həkim briqadası göndərildi, ölkədə matəm elan olundu. Ardınca qəzadan zərər çəkmiş şəxslərə, həlak olanların ailəsinə təzminatların ödənilməsi barədə göstəriş verildi. Bütün bunların hamısı bir daha göstərdi ki, cənab Prezident hər zaman öz vətəndaşının yanındadır, diqqətini və qayğısını heç kəsdən əsirgəmir. Heç bir xarici səfər, heç bir dəvət İlham Əliyev üçün vətəndaşından, xalqından önəmli deyil! 

Qəzada günahkar olanların cəzalandırılması, Azərbaycandan üzr istənilməsi ilə bağlı sərgilənmiş qətiyyətli rəsmi mövqe, irəli sürülmüş tələb isə hər birimizə qürur hissi yaşatdı.

Əziz dostlar, tam səmimi deyirəm, belə bir Prezidentimizin olması Tanrının bizə lütfüdür.

Ramin Əhmədov

Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri



Son xəbərlər