Gənclər və İdman Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə İslam dünyasının "Gənclər Paytaxtı" olan Şuşa şəhərində beynəlxalq proqram keçirilir.
Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndəsi, gənclər və könüllülər iştirak edirlər.
Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ramil Cabbarov konfransda iştirak edən gənclərə uğurlar arzulayıb. İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun departament direktoru Tuğba Ceren Çerçi Şuşada olduğu üçün qürur hissi duyduğunu söyləyib və qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığını çatdırıb.
Həmçinin nazirliyin "Yaradıcılıq marafonu"da dünən start götürüb. Bu proqram İƏT-ə üzv ölkələrdən olan müxtəlif istedadlı və yaradıcı gəncləri birləşdirən platformadır. Burada gənclər dörd sahə – animasiya, film, moda, dizayn üzrə fərqli məhsullar yaradacaqlar. Tədbirdə qaliblər elan ediləcək. Bağlanış mərasimi dekabrın 4-də Şuşa şəhərində reallaşacaq.
XQ