Azərbaycan və Moldova prokurorluqlarının əməkdaşlığı

post-img

Noyabrın 14-də Baş prokuror Kamran Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn Moldovanın baş prokuroru İon Muntyanunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Kamran Əliyev ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, ticarət və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirərək ötən ilin iyulunda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Moldova Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun qurumlararası fəaliyyətə müsbət təsirini qeyd edib.

Görüşdə Kamran Əliyev Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu vurğulayıb.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyası barədə danışan tərəflər birgə əməkdaşlığın əhəmiyyəti, ikitərəfli münasibətlərin möhkəmləndirilməsindən bəhs edib.

Moldova Respublikasının Baş prokuroru qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, ölkələrimiz arasında hüquqi əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

XQ

Son xəbərlər