Ölkə ərazisində qeydə alınan 45 cinayətin üstü açılıb

post-img

Noyabrın 5-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN mətbuat xidmətinin məlumatına görə, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər