Polis Akademiyasında elmi-praktik konfrans

post-img

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Zəfər Günü - milli qürur və şərəf tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda “Azərbaycan Hakimlər İttifaqı” İctimai Birliyinin, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutunun, bir sıra dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri, kursant və tələbələri iştirak ediblər. Rusiyanın bir sıra xüsusi təyinatlı ali təhsil müəssisələrində və Türkiyə Milli Polis Akademiyasında təhsil alan azərbaycanlı kursantları və başqaları onlayn formatda konfransa qoşulublar.

Konfrans iştirakçıları Akademiyada Ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq, onun, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Akademiyanın rəisi, polis general-mayoru Canpolad Daanov çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayayıb.

Kursantların iştirakı ilə “Zəfər Günü”nə həsr olunmuş yürüş keçirilib. Yürüş zamanı “Şanlı zəfərimiz əbədidir” fləşmobu nümayiş olunub.

XQ

Son xəbərlər